Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti tur-aksiya uğurla başa çatmışdır.

15 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, noyabrın 12-dən 15-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün  təşkil olunmuş  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti tur-aksiya uğurla başa çatmışdır. Səfər proqramına uyğun olaraq tur-aksiyada iştirak edən Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 8 qrupun üzvləri 3 günlük  tur-aksiya çərçivəsində ekskursiya ilə bağlı təəsüratlarını  bölüşərkən rayondakı  təbiət mənzərələrinin, qədim və müasir milli arxitekturalı abidələrin, sənaye müəssisələrinin, turizm sektoru və əyləncə mərkəzlərinin onlarda xoş hislər və maraq yaratdıqlarını qeyd edərək bu bölgəyə gələcəkdə bir daha gəlmək arzusunda olduqlarını bildirmişlər. Tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosasiyasının təşkilatçılığı ilə  məktəblilər üçün layihənin bir hissəsi olan Nə? Harada? Nə zaman? başlğı altında intellektual oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Hacıqabul rayonunun məktəblilərindən ibarət komanda 3-cü yerə, Zərdab rayonunun məktəblilərindən ibarət komanda 2-ci yerə Saatlı rayonunun məktəblilərindən ibarət komanda isə 1-ci yerə layiq görülmüşlər. Qaliblərə  kubok, medal və sertifikatlar təqdim olunmuşdur. Səfərin son günü rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident  İlham Əliyev cənablarına minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər