Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq tolerantlıq gününə həsr edilmiş tədbir keçirilmişdir.

17 noyabr 2016 | 00:00

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində tolerantlığın Azərbaycan nümunəsi mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova açmışdır. Mövzu ilə əlaqədar məruzə etmək üçün söz Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının fəlsəfə institutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanova verilmişdir. Məruzəçi Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olduğunu faktlarla iştirakçıların diqqətinə çatdırmışdır. Konfrans canlı dialoq şəklində davam etmişdir. Toplantını RİH başçısının müavini Ətayə Osmanova yekunlaşdırmışdır.

Keçidlər