Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.

17 noyabr 2016 | 02:00

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə əsasən rayon Məşğulluq Mərkəzinin  təşkilatçılığı ilə “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti”  mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur.  Toplantını rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov açaraq Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının  yüksəlişi istiqamətində həyata keçirdiyi misilsiz xidmtlərindən söz açmışdır. Natiq ölkə başçısı İlham Əliyev cənablarının yorulmaz fəaliyyətindən danışaraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün Respublikada sənaye potensialının artırılması, kənd təsərrüfatının inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi  ilə bağlı çox əhəmiyyətli qərarların qəbul olunduğunu diqqətə çatdırmışdır. E.Səlimov dövlət məşğulluq siyasətinin uğurla həyata keçirilməsində əmək yarmarkalarının təşkili və  keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu işdə rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar aktiv iştirak etməlidirlər. Bildirilmişdir ki. əmək yarmarkaları  işsiz və işaxtaran vətəndaşların münasib işlə təmin olunmasında, eyni zamanda işəgötürənlərin qısa vaxt ərzində ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsində böyük rol oynayır. Toplantıda rayon icra  hakimiyyətinin  nümayəndəsi Pərvin Məmmədov,  DİİHİXİ-nin Qəbələ rayon komitəsinin sədri Fərman Hacıyev sosial tərəfdaşlığın  əhəmiyyətindən, bu istiqamətdə əhalinin məlumatlandırılması və təklif olunan vakansiyalar haqqında müntəzəm məlumat almaq imkanlarının genişləndirilməsi üçün yaradılmış vahid informasiya bazasının əhəmiyyətindən  söz açdılar. Qeyd olundu ki, işsiz vətəndaşların işlə təmin olunması və onların peşə hazırlığı məsələləri dövlətin  diqqət mərkəzində saxlanılır. Tədbirdə  iştirakçıları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılmışdır. Toplantını rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov yekunlaşdırmışdır.

Keçidlər