Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ rayon məktəbliləri Azərbaycanın şimal bölgəsi ilə tanış olacaqlar.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ rayonunu təmsil edən ümumtəhsil məktəblərinin ibarət 40 nəfər IX-XI sinif şagirdləri şimal bölgəsinə ekskursiyaya gəliblər. Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar. Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini əks elətdirən fotoguşələrə baxış keçiriblər. Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar. Proqrama əsasən ekskursiyada iştirak edən məktəblilər noyabrın 20-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər. Maarifləndirici tur-aksiya davam edir.