Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xəmsə Milli İntellektual oyunu üzrə zona yarışı keçirilmişdir.

10 aprel 2013 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin ediləsi məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 09 aprel 2013-cü il tarixdə Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi mərkəzində “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında VI Azərbaycan Çempionatının zona seçim mərhələsi keçirilmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
“Xəmsə” Milli İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Zona turunda yaşı 18-dən 29-dək olan Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayon komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Zaqatala rayon komandası I yer, Oğuz rayon komandası II yer və Qəbələ rayon komandası III yerə çıxmışdır. Hər üç komanda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər