Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.

22 noyabr 2016 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir. Bu münasibətlə noyabrın 22-də, Qəbələdə ədliyyə işçiləri peşə bayramlarını qeyd etmişlər. Tədbirdə rayon içra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişlər. İlk öncə toplantı iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək onun abidəsi önünə tər çiçəklər düzmüşlər. Daha sonra Qəbələ Rayon Məhkəməsinin iclas zalında tədbir davam etdirilmişdir. Toplantıda məhkəmə aparatının işçiləri, Qəbələ rayonunda fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin və “ASAN” xidmətin əməkdaşları bir araya gəlmişlər. Tədbirdə cıxış edənlər Respublikada ədliyyənin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər