Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti ilə Belarusun Qrodno şəhəri arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş imzalanmışdır.

29 noyabr 2016 | 16:00

Noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər cərcivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştiraki ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilmişdir.
İmzalanma mərasimi çərçivəsində həmçinin Qəbələ rayonu ilə Belarusun Qrodno şəhəri arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş imzalanmışdir.
Sazişi Azərbaycan Respublikası tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Belarus Respublikası tərəfdən Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç imzalamışlar.

Keçidlər