Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əlillərə qayğı diqqət mərkəzindədir.

05 dekabr 2016 | 16:00

3 dekabr “Beynəlxalq Əlillər Günü” ilə əlaqədar “Dəyirmi masa” keçirilmişdir. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qırmızı Aypara Cəmiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə hazırladığı tədbiri UADM-ın direktoru Rəna Mahmudova açmışdır. R. Mahmudova qayğıya ehtiyacı olan uşaqların həyat tərzini zənginləşdirmək, onların çətinliklərini aradan qaldırmaq üçün görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə əlillərə dövlət qayğısı yüksəkdir. Onlara pensiya və müavinətlərin, minik avtomobillərinin, əlil arabalarının verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü iş aparılır. Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - RİH başçısının müavini Ətayə Osmanova, Qırmızı Aypara Cəmiyyəti Qəbələ rayon təşkilatının sədri Sədaqət Bayramova, rayon Gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, rayon Təhsil şöbəsi metodkabinetinin müdiri Arifə Bayramova, əlil Elşən Rizvanov, əlil atası Cəbrayıl Ədilov, və digərləri çıxış edərək əlillərə dövlət və cəmiyyət tərəfindən göstərilən qayğılardan söz açmışlar. Sonda əlillərə hər üç qurum tərəfindən hazırlanmış kiçik hədiyyələr təqdim olunmuşdur.

Keçidlər