Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni fındıq bağlarının salınması üçün işlər görülür.

07 dekabr 2016 | 00:00

Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qəbələ rayonunda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır. Ölkə başçısı İlham Əliyevin rayonlarda yeni fındıq bağlarının salınması barədə verdiyi tapşırıq və tövsiyələri Qəbələ sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu tapşırıqdan sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə Qəbələdə bar verən 3480 hektar fındıq bağının nəzarətə götürülərək ağaclara mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb. Bu məqsədlə xüsusi qərargah yaradılıb. Artıq bir aydan çoxdur ki, rayonun qəsəbə və kəndlərində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri görülür. Cari ildə rayonda 660 hektar sahədə yeni fındıq bağı salınıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Rayon icra hakimiyyətinin dəstəyi ilə Nic və Bum qəsəbələri, Böyük Əmili, Mollaşıxalı, Solquca, Şəfili, Kiçik Əmili, Zalam, Çuxur Qəbələ, Topbağ, Həzrə, Mirzəbəyli, Tövlə, Yemişanlı, Bunud, Soltannuxa, Mıxlıqovaq, Tikanlı, Zərgərli və Daşca kənd sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan həvəslə təmizləyərək əraziyə fındıq tingləri əkirlər.

Keçidlər