Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Təhsil millətin gələcəyidir"

11 aprel 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin ölkənin təhsil sisteminə böyük diqqət və qayğısı nəticəsində əldə olunan nailiyyətlər günümüzün danılmaz həqiqətidir. Ulu öndər    tərəfindən müəyyənləşdirilmiş strateji siyasi kursu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirməkdədir. Respublikamızın  bütün  rayonlarında  olduğu  kimi  Qəbələ  rayonunda  da təhsil infrastrukturu müasirləşir, yeni məktəblər tikilir, mövcud məktəb binaları əsaslı təmir olunaraq və müasir avadanlıqlarla təhciz edilir.  Qeyd etmək lazımdır ki, 2012-2013-cü  dərs  ilinin  I  yarısını rayonun  təhsil  müəssisələri  uğurla  başa  vurmuş,  ümumitəhsil  məktəbləri  üzrə  müvəffəqiyyət  faizi  98,9%,  keyfiyyət  göstəricisi  isə  58,9%  olmuşdur. Məktəblərdən  şəhər  1, 2, 3 və 4  saylı, Nic  qəsəbə  2 saylı, Vəndam  qəsəbə  1 və 2 saylı,  Xırxatala, Əmirvan, Soltannuxa, Mıxlıqovaq  və  Nohurqışlaq  tam orta  məktəblərinin  keyfiyyət  göstəricisi  rayon  göstəricisindən  yüksək  olmuşdur.
Cari  ildə  təhsil  müəssisələrinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  istiqamətində  işlərə  başlanmış,  qəza  vəziyyətində  olan  Zirik  və  Yengicə  kənd  ümumi  orta  məktəblərinin  tikintisi  üçün  smeta - layihə  sənədləri  hazırlanmış  və  yaxın  vaxtlarda  onların  tikintisinə  başlanılacaqdır.  2012-ci  ildə  inşasına  başlanmış  Kiçik Pirəlli  kənd  tam orta  məktəbinin  tikintisi  başa  çatmaq  üzrədir.  Şəhər  5 saylı  və  Tikanlı  kənd  tam orta  məktəblərinin  tikintisi  və  əsaslı  təmiri  üçün  də iş aparılır.
Ölkə  prezidentinin  “Ümumtəhsil  məktəblərinin  informasiya  kommunikasiya  texnologiyaları  ilə təminatı”  proqramına  uyğun olaraq  Təhsil Şöbəsində  informasiya  mərkəzi  yaradılmış,  həmin  mərkəzdə  “şagird-məzun”  sistemi  qurulmuş  və   məktəblərdə    informasiya  sahəsi  üzrə  əlaqələndiricilər  müəyyən  edilmişdir. Bu  da  həm  Təhsil  Nazirliyi,  həm  də  TQDK ilə  daha  çevik  şəkildə    işlər  qurmağa  öz  müsbət  təsirini  göstərir.
IX – XI  siniflərdə  keçiriləcək  buraxılış  imtahanlarına  hazırlıq  məqsədilə  nəzarətçi  müəllimlər  müəyyən  edilmiş,  onlara  TQDK-nın  Şəki  regional  mərkəzi  tərəfindən  seminar  təşkil  edilmişdir.
Pedaqoji  işçilərin  ixtisas  hazırlığını  yüksəltmək  məqsədilə  30-a  qədər  müəllim  Təhsil  Nazirliyinin  Bakı  və  Şəki  şəhərlərində  təşkil  etdiyi  ixtisasartırma  kursalarından  keçmişlər.
Gənc  nəslin  təlim-tərbiyəsi  sahəsində  zəngin  təcrübəyə  malik  məktəb  və  pedaqoji  işçilərin  qabaqcıl  təcrübəsinin  öyrənilərək  yayılması  davam  etdirilmiş.  Şəhər  4 saylı, Vəndam  qəsəbə  1 saylı  tam orta  məktəblərinin  və   qabaqcıl  müəllimlərindən  şəhər  5  saylı  tam orta  məktəbinin  riyaziyyat  müəllimi  Nərminə  Səfərovanın  işləri  “Ən  yaxşı  ümumtəhsil  məktəbi”  və  “Ən  yaxşı  müəllim”  respublika  müsabiqəsinə  təqdim  edilmişdir.  Fərəhləndirici  haldır  ki,  həm  məktəblər,  həm  də  müəllimə  Nərminə  Səfərova  ilkin  müsabiqə  mərhələsindən  uğurla  keçmişlər.
Respublika  prezidentinin  17  aprel  2006-cı  il tarixli,  1414  saylı  sərəncamına  uyğun olaraq  istedadlı  gənclərin  üzə  çıxarılması,  onların  bilik  və  bacarıqlarının  daha  da  inkişaf  etdirilməsi  sahəsində  keçirilən  bilik  yarışmaları  və  fənn  olimpiadalarında  şagirdlərimiz  fəallıq  göstərmiş  və  12  nəfər  fərqlənərək  müxtəlif  fənlər  üzrə  respublika  turuna  vəsiqə  qazanmışlar.
17-18  mart  2013-cü  il tarixlərdə  Bakı  şəhərində  keçirilən  fənn  olimpiadalarının  respublika  turunda  şagirdlərimiz  uğurla  çıxış  etmiş,  iki  nəfər  iştirakçımız  qaliblər  sırasına  çıxmışlar. Boqatdinov  Kənan  Emil  oğlu  - şəhər  4  saylı  tam orta  məktəbin  IX  sinif  şagirdi  riyaziyyat  fənni  üzrə  IV  yerə, Tahirli  Nərgiz  Davud  qızı – Nohurqışlaq  kənd  tam orta  məktəbin  X  sinif  şagirdi  kimya  fənni  üzrə  IV  yerə  layiq  görülmüşlər.
Gənclərin  həyata  hazırlanması, onların  vətənpərvərlik  ruhunda  tərbiyə  olunması  və  gələcəkdə  vəmiyyətin  aparıcı  qüvvəsi  kimi  yetişməsi  üçün  məktəbdənkənar  tədbirləri,  müsabiqələrin,  disputların,  dəyirmi  masaların   keçirilməsi rüb  ərzində    davam  etdirilmiş  və  bu  sahədə  xeyli  uğurlar  əldə  edilmişdir.
Məktəbliliərin  ekoloji  maarifləndirilməsi  məqsədilə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  təşkilatçılığı  ilə   mart  ayının  5-də  İsmayıllı  rayonunda  keçirilən  bilik  yarışmasında  rayonumuzun  Ekoloji  Tərbiyə  və  Təcrübəçilik  Mərkəzinin  dərnək  üzvüləri  fəal  iştirak  etmiş  və  bu  yarışmaya  qatılan  15  rayon  arasında  3-cü  yerə  layiq  görülmüşlər.
Rayonun  Texniki  Yaradıcılıq  mərkəzinin  dərnək  üzvüləri  arasında  Respublika  Təhsil Nazirliyinin  müvafiq  əmrinə  uyğun  olaraq  fevral  ayında  Uşaq  və   yeniyetmələrin  texniki  yaradıcılıq  müsabiqəsinin  rayon  mərhələsi  keçirilmiş  və  qalib  gəlmiş  6  nəfər  şagird  bu  günlərdə  Zaqatalada  keçirilən  zona  yarışında  müvəffəqiyyətlə  çıxış  edərək  müxtəlif  dərəcəli  doplomlara  layiq  görülmüşlər.
“Aviomodelçilik”  nomimasiyası  üzrə:
- Məmmədov  Ədalət  Mübariz  oğlu – şəhər  5 saylı  tam orta  məktəbin  VI  sinif  şagirdi  - I yer;
- Eyyubov  Fəqan  Hüseyn  oğlu -  şəhər  5  saylı  tam orta  məktəbin  VI  sinif  şagirdi  “Radio  ilə  idarə  oluan  təyyarə  modelinə”  görə  - I  yer;
- Əzimov  Emin  Qalib  oğlu  - şəhər  3 saylı  məktəbin  IV  sinif  şagirdi  “Radio  ilə  idarə olunan  təyyarə  modeli” nə  görə  II  yer;
- Bayramov  Təbriz  Gündüz  oğlu  - şəhər  5 saylı  tam orta  məktəbin  IV  sinif  şagirdi “Radio  ilə  idarə olunan  təyyarə  modeli” nə  görə  II  yer.
“Radiotexnika  nominasiyası”  üzrə:
- Əsgərov  Ümid Səxavət  oğlu – şəhər 5 saylı tam orta  məktəbin  IV  sinif   şagirdi – I yer;
- Novruzov  Murad  Ramid  oğlu – şəhər 5 saylı tam orta  məktəbin  VI  sinif  şagirdi  - II yer;
Zaqatala  şəhərində  zona  üzrə  I-II  yerləri  tutmuş  6  nəfər  şagirdlərə  I  və II  dərəcəli  diplomlar  və  qiymətli  hədiyyələr  verilmiş,  həmin  şagirdlər  17  aprel  2013-cü  il tarixdə  Bakı şəhərində  keçiriləcək  Respublika  müsabiqəsinə  vəsiqə  qazanmışlar.
Ötən  dövr  ərzində  Gənclər  İdman  İdarəsi  və  Hərbi  Komissarlıqla  birgə  məktəblilər  arasında  vətənə  sevginin  aşılanmasında  böyük  əhəmiyyəti  olan  hərbi  idman  yarışları  “Cəsurlar”, “Şahin”  və  “Vətənin  müdafiəsinə hazıram”  çoxnövçülüyünün  məktəbdaxili  və  rayon  birincilikləri  yüksək  səviyyədə  təşkil  olunub  keçirilmişdir.
Hazırda  təhsil  müəssisələrində  xalqımızın  Ümummilli  lideri  Heydər Əliyevin anadan  olmasının  90  illik  yubileyi  ilə  bağlı  tədbirlərin  hazırlanıb  keçirilməsinə  start  verilmiş  və  bu  münasibətlə  müsabiqə,  rəsm  və  əl  işlərindən  ibarət  sərgi,  bilik  və  idman  yarışları  keçiriləcəkdir.

Keçidlər