Seminar müşavirə keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatında ilk partiya təşkilat sədrlərinin seminar-müşavirəsi keçirilmişdir.
Seminar-müşavirəni Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının sədri Abil Ağasəfov açmışdır. Ümumilli Lider Heydər Əliyevin ideyaları əsasında qurulmuş YAP-ın bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən sədr rayon təşkilatının son illərdəki fəaliyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.
Abil Ağasəfov bildirmişdir ki, YAP zamanın tələbi, xalqın istəyi ilə tarixi zərurətdən yaranan partiyadır. Yeni Azərbaycan Partiyası ölkənin son 25 illik ictimai-siyasi həyatında fəal iştirak edib və Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində aparıcı və tarixi rol oynayıb. YAP-ın bütün fəaliyyətində onun qabaqcıl dəstələrindən olan Qəbələ Rayon Təşkilatı həmişə öncül mövqelərdə qərar tutub. Sədr partiyanın rayon təşkilatının 2017-ci ildə keçiriləcək IX konfransına hazırlıq məqsədilə 6205 nəfər siyasi həmfikri birləşdirən 76 ilk təşkilatda yanvarın 9-dan etibarən hesabat-seçki yığıncaqlarının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Hesabat-seçki yığıncaqlarında partiyanın IX konfransına nümayəndələrin seçilməsi və təşkilati məsələlərə baxılması tövsiyə olunmuşdur.
Sonda hesabat-seçki yığıncaqlarının qrafiki elan edilmişdir.