Rayon Məşğulluq Mərkəzi tərəfindən 857 nəfəri işlə təmin olunub.
10 yanvar 2017 | 16:00
2016-cı ildə Qəbələ rayon Məşğulluq Mərkəzinə 3410 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 481-i qadın, 1171-i gəncdir. Mərkəzə müraciət edənlərin 857 nəfəri peşəsinə uyğun işlə təmin olunub. Onların da 119-u qadın, 309-u gəncdir. Vətəndaşlar əsasən tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm - otel və kommunal xidmət sahələrində işlə təmin ediliblər. Bundan əlavə, Məşğulluq Mərkəzi 17 nəfəri “Sahibkarlığın əsasları” adlı peşə hazırlığı kurslarına cəlb edib ki, onlardan 4 nəfəri qadın, 5 nəfəri isə gənclərdir. Ümumilikdə 36 nəfərə işsizlik statusu verib, 44 nəfərə isə müavinət ödənilib.