Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda idmanın kütləviliyi diqqət mərkəzində saxlanılır.

11 yanvar 2017 | 16:00

İdman hər bir ölkənin, dövlətin inkişafı üçün çox vacib olan sahədir. Sevidirici haldır ki, Azərbaycanda idman uğurla inkişaf edir, idmançılarımız dünya səviyyəsində tanınır, çünki ölkədə idmana dövlət qayğısı vardır. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman obyektləri, Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilərək dünyada idman ölkəsi kimi tanınmaqdadır. Respublikaın hər bölgəsində olduğu kimi Qəbələ rayonunda da idmanın kütləviliyi işi daim diqqət mərkəzindədir. Qəbələ rayon gənclər və idman idarəsi də bu istiqamətdə işin keyfiyyətlə aparılması məqsədilə rayon İcra Hakimiyəti ilə birlikdə müvafiq tədbirlər planı hazırlamış və müntəzəm olaraq tədbirlər həyata keçirilmişdir. Rayonda bədən tərbiyəsi və idmanın müxtəlif istiqamətlərinin inkişafı məqsədilə idmanın cüdo, boks, taekvondo növləri üzrə bölmələrin sayı artırılmış, karate və döyüş növləri kimi yeni növlər fəaliyyətə başlamışdır. Həmçinin, Qəbələ “İdman” klubunun bazasında yeni stadionlar tikilib istifadəyə verilmiş, Atıcılıq Kompleksində bütün növlər üzrə şərait yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. 2016-cı il ərzində rayon Gənclər və idman İdarəsi tərəfindən idmanın müxtəlif növləri üzrə 30 tədbir keçirilmişdir. Bunlardan yeniyetmə və gənclər arasında şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş, taekvondo, atletika, voleybol, futbol, armrestlinq, boks üzrə turnir və rayon birinciliklərini qeyd etmək olar ki, burda da 2778 nəfər yeniyetmə və gəncin iştirakı təmin edilmişdir. Keçirilən rayon miqyaslı yarışlarda mükafata layiq yer tutan komandalar və idmançilar idarə tərəfindən fəxri-fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər