Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.

18 yanvar 2017 | 00:00

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar Qəbələ Rayon Polis şöbəsində tədbir keçirilmişdir. İlk öncə vətənimizin azadlığı uğrunda canından keçən mərd oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbiri giriş sözü ilə açan şöbənin rəisi, polis polkovniki Nadir Məmmədov qeyd etmişdir ki, 1990-cı ilin 20 yanvar tarixində xalqımızın başına gətirilən faciədən 27 il keçir. Ancaq nə qədər zaman keçsə də müstəqillik uğrunda mübarizə yolumuzdakı bu qanlı, eyni zamanda xalqımız üçün şərəfli tarix heç vaxt unudulmayacaq. Diqqətə çatdırılmışdır ki, imperiya cəlladları həmin gün neçə igid oğul və qızımızın qanını töksə də, xalqımızı şərəfli müstəqillik, azadlıq yolundan döndərə bilmədi. Əksinə xalqımızın azadlıq əzmi daha da gücləndi və qısa müddətdə vətənimizin mərd övladları öz amalına qovuşdu. Azərbaycan azad, müstəqil, suveren dövlətə çevrildi. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verərək həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar. Bildirilib ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaq.

Keçidlər