Azərpoçt MMC-nin Qəbələ Poçt filialında “20 Yanvar faciəsinin” ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Qəbələ Poçt filialında “20 Yanvar faciəsinin” ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İlk öncə toplantı iştirakçıları Azərbaycan xalqının milli müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrin bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri açıq elan edən Poçt filialının rəisi Rauf Kərimov 1990-cı ilin qanlı yanvar hadisəsi haqqında ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə Azərbaycanın müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və bu müqəddəs yolda zəfərə doğru inamla addımladı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmi daha da gücləndi. Həmin müdhiş gecədə həlak olan vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.Bu gün xalqımız demokratik dövlətdə firavan, azad, xoşbəxt həyat sürürlər.Bütün bunları biz canlarını torpaqlarımızın qorunması və bizim gələcək firavan həyatımız uğrunda fəda edən oğullarımıza borcluyuq.
Qeyd olunmuşdur ki, bu gün dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 1990-cı ilin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür, şəhid ailələrinə dövlət qayğısı daim artırılır. Toplantıda çıxış edənlər diqqətə çatdırıblar ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.