Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 20 yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi günü kimi qeyd olunmuşdur.

20 yanvar 2017 | 16:00


Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Şəhidlik elə bir zirvədir ki, onu fəth etmək hər kəsə nəsib olmur. Vətən uğrunda canından keçən insana hörmət etmək isə hər bir millətin borcudur. Qarabağ müharibəsində, istərsə də 20 yanvar hadisələrində kifayət qədər şəhid verdik. İndi onların adına ucaldılmış abidə və, məzarları hörmətlə yad edilir. “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü” ilə əlaqədar rayon icra hakimiyyəti başçısı  tərəfindən sərəncam imzalanaraq tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planında ildönümünün keçirilməsi ilə əlaqədar rayonun idarə müəssisə və təşkilatlarında 20 yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi günü kimi qeyd edilməsi, 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən ədəbi bədii kompozisiyaların, toplantıların, konfrans və müzakirələrin təşkil edilməsi, rayonun tədris müəssisələrində 20 yanvar faciəsinə həsr edilmiş xüsusi dərslərin aparılması, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, matəm musiqisinin səsləndirilməsi, faciə ilə əlaqədar rayonda dərc olunan “Qəbələ” qəzetində həmçinin, televiziya kanallarda və digər informasiya agentliklərində bu barədə məlumatların verilməsi öz əksini tapmışdır.
Biz xalqımızın əldə etdiyi müstəqilliyə görə şəhidlərimizin ruhu qarşısında borcluyuq. Bunu ifadə edən Qəbələ rayon ictimaiyyəti 20 yanvar günü şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, “Əbədi məşəl” abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onların xatirəsini dərin ehtiramla yad etmişlər.

Keçidlər