Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2016-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir.
Yanvarın 30-da Qəbələ şəhər inzibati ərazi nümayəndəliyinin 2016-cı ildə sosial-iqtisadi sahədə gördüyü işlər və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər inzibati ərazi nümayəndəsi Dəmir Bağırov 2016-cı ildə şəhərdə sosial-iqtisadi sahədə həyata keçirilən layihələr, aparılan abadlıq-quruculuq işləri ilə bağlı geniş məruzə etmişdir. Məsələ ətrafında şəhər 5 nömrəli tam orta məktəbin direktoru Zərnişan Ağamirzəyeva, 3 nömrəli uşaq bağçasının müdiri Natəvan Əfəndiyeva, Ağsu Regional Qaz İstismar İdarəsinin Qəbələ Xidmət sahəsi üzrə rəis müavini Sübhi Bayramov çıxış etmişlər. İclasda iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov 2016-cı ildə şəhər icra nümayəndəliyi tərəfindən sosial-iqtisadi sahədə görülmüş işləri ətraflı təhlil etmiş, görüləcək işlər, həyata keçiriləcək layihələr barədə danışmışdır. Toplantıda qərar layihəsi qəbul edilmişdir.