Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP sıralarına qəbul olunanlara vəsiqələr təqdim olunub

13 aprel 2013 | 15:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi Respublikada fəaliyyət göstərən, müasir tələblərə cavab verən  ilk peşə tədris mərkəzidir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Peşə təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramı”na uyğun olaraq rayonda  belə  bir  tədris  mərkəzi  yaradılmışdır.  Mərkəz  pedaqoji  fəaliyyətinə   2009-cu ildən  başlamışdır. Burada əsas  məqsəd turizm  və  otelçilik  sahəsinə  aid  olan  müxtəlif  peşələr  üzrə  kadr  hazırlamaqdır.  Tədris  mərkəzində  rayonun  qəsəbə  və  kəndlərindən,  eyni  zamanda  respublikanın  müxtəlif  şəhər  və  rayonlarından  7  ixtisas  üzrə  194  nəfər  şagird  seçdikləri peşə  üzrə  təhsil  alırlar.  Mərkəzdə tədris Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin müvafiq təlimatına  əsasən  həyata  keçirilir. Hal-hazırda  Mərkəzdə  27  nəfər  mühəndis-pedaqoji  işçi  heyəti  çalışır.  Məktəbin pedaqoji kollektivinin üzvləri  Təhsil  Nazirliyinin  dəstəyi  ilə  Türkiyə  Respublikasında  ixtisasartırma  kurslarında  və   seminarlarda  iştirak  etmişlər.  "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir". Mərkəzdə Təhsil alan şagirdlərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi burada qarşıya qoyulmuş əsas məqsədlərdən biridir. Bu gün ölkənin yüksək səviyyədə, müsbət istiqamətdə inkişaf etməsi məhz hakim partiyanın düzgün siyasətinin nəticəsidir. Bu fikirlər bu gün tədris mərkəzində YAP-nın  sıralarına qəbul  olunması toplantısında səslənmişdir. Mərkəzin mühəndis-pedaqoji  kollektivi və şagirdlərin YAP Qəbələ Rayon Təşkilatına müraciətləri əsasında 15  nəfərə üzvlük  biletləri  təqdim  olunmuşdur. Tədbirdə  Tədris  Mərkəzinin  direktoru  Eyvaz Kazımov  və YAP-ın  Qəbələ Rayon  Təşkilatının sədr müavini   Elçin Tağıyev  kollektiv  qarşısında  çıxış  etmiş, partiya  sıralarına  qəbul  olunan gəncləri   təbrik  etmişlər.Partiya  sıralarına  qəbul  olanlar  adından  H.Cabbarov çıxış  edərək  bildirmişdir  ki,  onlar  daim  ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  ətrafında  sıx  birləşəcək,  Azərbaycanın  ictimai-siyasi  həyatında  fəal  iştirak  edəcəklər.

Keçidlər