Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“2 fevral — Azərbaycan Gəncləri günü” qeyd olunmuşdur.

01 fevral 2017 | 16:00

Qəbələ Rayon Gənclər və İdman idarəsi “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə 01 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir Mərkəzinin ekspozisiya zalında davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir. Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq qeyd etdi ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclər böyük çəkiyə malikdir, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclər yetişməkdədir. Natiq onu da bildirdi ki, düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. Daha sonra RİH-nin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – başçının müavini,  Ətayə Osmanova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirdi. Ə.Osmanova çıxışında möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, aparılan sistemli işin nəticəsi olaraq Azərbaycanda sağlam fikirli gəncliyin yaranmasından danışaraq, sonda rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin təbrikini gənclərə çatdırdı və bütün gəncləri təbrik edərək onlara uğurlar arzuladı. Tədbirdə YAP Qəbələ Rayon Təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin əməkdaşı Mehrab Sahibli, Uşaq-gənclər idman məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və çalışdıqları sahədə görülən işlərdən söz açdılar. Sonda 2016-cı ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gəncə fəxri-fərman və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər