Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Regional ”ASAN xidmət” Mərkəzində YAP ilk təşkilatı yarandı.

08 fevral 2017 | 16:00

Qəbələ Regional ”ASAN xidmət” Mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının yaradılması ilə bağlı toplantı keçirilmişdir.
Tədbiri YAP Qəbələ Rayon Təşkilatının sədr müavini Elçin Tağıyev açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən söz açmış, dahi şəxsiyyətin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini ifadə etmişdir. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının sıralarında daimi gənclərin sayının artması partiyanın əbədiliyini təmin edən mühüm şərtlərdəndir. Bildirilmişdir ki, hazırda YAP Qəbələ Rayon Təşkilatının 76 ərazi ilk təşkilatında 6205 nəfər üzvü vardır. Diqqətə çatdırılmışdır ki, Qəbələ Regional ”ASAN xidmət” Mərkəzində isə üzvlərin sayı 37 nəfərdir.
 İclasda ASAN Xidmət mərkəzinin direktoru Əbdül Əliyev, direktor müavini Murad Kərimov, ASAN xidmətin əməkdaşlarından Zal Abbasov, Şəbnəm Nərimanlı və Tural Səmədli çıxış edərək Yeni Azərbaycan Partiyasının üzvü olduqları üçün fəxr etdiklərini bildirmişdirlər.
Sonra “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına uyğun olaraq ərazi ilk partiya təşkilatı yaradılmış, ilk təşkilat fəaliyyət göstərməsi üçün 5 nəfərdən ibarət idarə heyəti seçilmişdir.
Toplantıda Qəbələ Regional “ASAN Xidmət” mərkəzinin direktor müavini Murad Kərimov ilk partiya təşkilatının sədri, Vəsilə Rəfizadə isə sədrin müavini seçilmişdir. Murad Kərimov ona göstərilən bu etimada görə təşəkkür etmiş, bu etimadı öz işi və fəaliyyəti ilə doğruldacağını diqqətə çatdırmışdır.
Toplantıda Qəbələ Regional “ASAN Xidmət” mərkəzinin ilk təşkilatından Əbdül Əliyev, Murad Kərimov və Şəbnəm Nərimanlı partiyanın rayon təşkilatının IX konfransına nümayəndə seçilmişlər

Keçidlər