Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İlk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

15 fevral 2017 | 02:00

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı YAP Qəbələ rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatında keçirilib. İlk partiya təşkilatının sədri Saleh Aslanov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, təşkilatın üzvləri rayonun ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, bütün siyasi kampaniyalarda, o cümlədən təbliğat-təşviqat kampaniyalarında xüsusi fəallıqları ilə seçilirlər. Təşkilatın üzvü, xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Şirin Müştaqov, gənclər adından çıxış edən həkim Gülətay Əzizova və xəstəxananın baş həkimi Sabir Bayramov ölkədəki siyasi qüvvənin lokomativi olan YAP-ın xalqın istəyi və dəstəyi ilə yaranmış partiya olduğunu qeyd ediblər. Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov tədbirdə çıxış edərək bildirib ki, bu gün YAP ölkəmizin ən güclü siyasi qüvvəsidir. YAP-ın bu səviyyədə inkişafı məhz dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın 1969-cu ildə müttəfiq respublikaları sırasında bütün sosial-iqtisadi göstəricilərə görə geridə qalan respublika olduğunu qeyd edən Abil Ağasəfov diqqətə çatdırdı ki, Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu müddətdə ölkədə ciddi islahatlar həyata keçirdi. Azərbaycanı dünyaya tanıtdı, respublikamızı parçalanmaq təhlükəsindən xilas etdi və ölkəmizi bundan sonra da parlaq gələcəyə apara biləcək praqmatik liderə - İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, xüsusilə ordu quruculuğu sahəsində görülən işlərdən geniş bəhs edən sədr əminliyini ifadə edib ki, Azərbaycan bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacaq. Bunun üçün hər birimiz fəal olmalı və xalqımızın etibarlı gələcəyi üçün ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, xalq-iqtidar-ordu birliyini bundan sonra da qorumalıyıq. Yığıncaqda ilk partiya təşkilatının sədri, sədr müavini, eləcə də YAP Qəbələ rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Keçidlər