Əhalinin tibbi müayinəsinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən Qəbələ rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə rayon icra hakimiyyətində aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır.
Komissiya tərəfindən tərtib edilmiş qrafikə əsasən Qəbələ Müalicə Diaqnostika Mərkəzində və Mərkəzi Rayon Xəstəxanasında əhalinin artıq tibbi müayinədən keçirilməsi üçün müvafiq işlər görülmüşdür. May ayının 1-də başa çatdırılması nəzərdə tutulan tibbi müayinə ilə əlaqədar rayon icra hakimiyyətinin şöbələri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən əhali arasında maarifləndirmə işləri aparılır.