Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Qəbələdə.

16 fevral 2017 | 16:00

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 16-da fəaliyyətini Qəbələdə davam etdirib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan toplantıda “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda mühazirə dinlənilib. Qeyd olunub ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Diqqətə çatdırılıb ki, mədəniyyətlərin və dinlərin harmonizasiyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Daha sonra rayonun Nic qəsəbəsinə səfər edən qış məktəbinin iştirakçıları buradakı “Cotari” Alban kilsəsinə baxış keçiriblər Onlara məlumat verilib ki, kilsə tarixi baxımdan rayonun ən qədim və əhəmiyyətli abidələrindən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Çünki, bu qəsəbədə müsəlmanlarla xristianlar daim birgə və mehriban şəraitdə yaşayırlar. Qış məktəbi çərçivəsində iştirakçılar yerli əhali udilərlə görüş keçirib, udi folklor ansamblının çıxışına tamaşa ediblər.

Keçidlər