Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin yaradılması mövzusunda toplantı keçirilib.

18 fevral 2017 | 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə torpaqların  elektron kadastrı uçotu sisteminin  yaradılması ilə bağlı verilmiş tapşırıqlarına və Nazirlər Kabinetinin  28 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların  elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr  xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər Planı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qəbələ rayonunda “ Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi” nin yaradılması başlığı altında maarifləndirmə işləri ilə bağlı toplantı təşkil olunmuşdur. Rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, yerli bələdiyyələrin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi toplantını açıq elan edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev tədbir iştirakçılarını salamlayaraq təşkil olunan tədbirin əhəmiyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin fəaliyyəti nəticəsində torpaq üzərində bütün münasibətlərin tənzimlənməsi, mövcud olan bir sıra problemlərin həlli istiqamətində səmərəli qərarların verilməsi təmin olunacaqdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev çıxış edərək diqqətə çatdırmışdır ki, toplantının keçirilməsində başlıca məqsəd Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların həm kəmiyyət həm də keyfiyyət göstəricilərinə görə avtomatlaşdırılmış torpaq kadastrı informasiya sisteminin və məlumat bankının, habelə Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması, yerquruluşu, xüsusi təyinatlı (sahəvi) geodeziya işlərinin aparılması, torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi üçün ərazilərin məkan şəraitlərini tədqiqi sahəsində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Diqqətə çatdırılb ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaqlardan daha səmərəli istifadə olunması ilə müvafiq təkliflərin hazırlanmasında, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsudiyaların verilməsi məsələləri diqqət mərkəzində saxlanılacaqdır. Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Toplantı iştirakçılarına xəritələr vasitəsilə əyani şəkildə görülən işlər barədə məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırılmışdır. Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər