Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Tədarük və təchizat məsələlərinin müzakirəsinə həsr olunmuş regional müşavirə” keçirilib.

18 fevral 2017 | 02:00

“Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC-nin təşkilatçılığı ilə Qəbələ şəhərində, “Qafqaz Sport hotel” in konfrans zalında Şəki, Qəbələ və Oğuz rayonlarından olan dövlət satınalan təşkilatları və icra nümayəndələrinin iştirakı ilə “Tədarük və təchizat məsələlərinin müzakirəsinə həsr olunmuş regional müşavirə” keçirilmişdir. Müşavirəni Qəbələ RİH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, RİH başçısının müavini Arif Allahverdiyev açaraq iştirakçıları salamlamış, müşavirənin əhəmiyyətindən söz açmışdır. Daha sonra çıxış üçün söz “Ərzaq məhsullarının tədarükü və təchizatı”  ASC-nin sədr müavini Xaliq Məmmədova verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır.
Diqqətə çatdırılıb ki, cəmiyyət dövlət başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir. Cəmiyyətin qarşısına kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək kimi vacib məsələlər qoyulub. Xaliq Məmmədov qeyd edib ki, səhmdar cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq paytaxtla yanaşı 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq  məhsullarının standartlarına uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib.
Qeyd edilib ki, bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir.
Regional müşavirədə satınalan təşkilatların ərzaq məhsullarına təlabatı elektron  portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyyə olunub ki, hər bir satınalan təşkilat portalda öz təlabatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən təlabatlar real ehtiyaclara uyğun olmalıdır. Sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Keçidlər