«Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi»
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi» layihəsi çərçivəsində Qəbələ rayonunda tədbir keçirilib. “Qafqaz Sport” hotelin konfrans zalında təşkil olunan tədbirdə fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət, həmçinin metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli numayəndələrinə, yerli özünüidarəermə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim təşkil olunub.
Təlimlərdə torpaqdan istifadənin hazırki vəziyyəti müzakirə olunub, təlim iştirakçılarının rəyləri dinlənilib. Tədbirdə layihə əalqələndiricisi cıxış edərək dünyada və Azərbaycanda torpaqların hazırıki vəziyyəti, layihənin məqsədləri, benefisarları, bu vaxta qədər keçilmiş təlim və tarla təcrübələrinin əhəmiyyəti barədə məlumat verib. Tədbirdə yerli şəraiti nəzərə alaraq aqrotexniki qaydalardan düzgün istifadə haqqında çıxışlar dinlənilib, məhsuldarlığa təsir edən amillərin təsnifləşdirilməsi və qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.