Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

25 fevral 2017 | 02:00

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Qəbələ Rayon Polis şöbəsində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov açmışdır. İlk öncə Xocalıda ermənilər tərəfindən törədilən misli görünməmiş soyqırımı hadisəsi zamanı vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın, o cümlədən şəhərin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olan polis işçilərinin və döyüşçülərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra söz Qəbələ Rayon Təhsil şöbəsinin məsul işçisi, tarixçi Rasim Bayramova verilmişdir. Natiq bildirmişdir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldur dəstlərinin, Xankəndində yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı alayının zirehli texnikasının və canlı qüvvəsinin yardımı ilə həyata keçirdiyi azərbaycanlılara qarşı soyqrımı ötən əsrdə insanlığa qarşı törədilmiş ən qəddar hadisələr sırasında durur. Bu soyqırımı hadisəsini ikinci dünya müharibəsində alman faşistlərinin Belarus Respublikasının Xatın kəndində törətdikləri qətliamla müqayisə edirlər. Ancaq Xocalı faciəsinin dəhşətli onunla fərqlənir ki, burada insanlar ancaq azərbaycanlı olduqlarına, müsəlman olduqlarına görə vəhşicəsinə öldürülüb, təhqir edilib, işgəncələrə məruz qalıb. Ona görə də bu faciə bizim xalqımıza qarşı törədilmiş əsl soyqırımdır. Çox təəssüf ki, Xocalı soyqırımı bir sıra dövlətlərin parlamentləri tərəfindən soyqırımı kimi tanınsa da dünyanın, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropa Şurası (AŞ) və sair bu kimi nüfuzlu beynəlxalq təşkilatları tərəfindən əsil qiymətini almamışdır. Tədbiri yekunlaşdıran polis şöbəsinin rəisi bildirdi ki, Xocalıda ermənilər tərəfindən törədilən misli görünməmiş vəhşilik heç zaman unudulmamalıdır. Doğrudur bizim xalq qisasçı xalq deyil, tarix boyu düşmənlərimizi də bağışlamışıq.  Ancaq bu gün 25 illiyini ürək yanğısı ilə andığımız hadisəni unutmağa haqqımız yoxdur və gələcək nəslimizi də bu ruhda tərbiyə etməliyik.

Keçidlər