Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib.

27 fevral 2017 | 16:00

Fevralın 25-də Moldova xarici işlər nazirinin müavini Lilian Dariynin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Qonaqları rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılamışdır. İlk öncə nümayəndə heyəti RİH-nin inzibati binasında Heydər Əliyev guşəsinə baxış keçirərək, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə yaxından tanış olublar. Görüş zamanı cənab Səbuhi Abdullayev Qəbələdə sosial-iqtisadi sahədə həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında danışıb. Həmçinin qonaqlara Qəbələnin tarixi, mədəni həyatı, rayonda həyata keçirilən beynəlxalq təbirlər, idman yarışları, dövlət başçılarının zirvə toplantıları, eləcə də bütün istiqamətlərdə nəzərə çarpan uğurlar haqqında ətraflı məlumat verib. Rayonun kənd təsərrüfatı potensialı, aqrar sektorda qazanılan nailiyyətlər, yeni yaradılmış və müasir texnologiyaya malik emal müəssisələri, xüsusilə bağçılıq, taxılçılıq, heyvandarlıq və üzümçülüyün inkişafı istiqamətində əldə olunan qabaqcıl təcrübədən söz açıb. Moldovalı qonaqlara son illər turizm sahəsində həyata keçirilən infrastruktur layihələri nəticəsində turislərin artım dinamikası haqqında məlumat verilib, Qəbələnin beynəlxalq tədbirlərə ev sahibliyi haqqında danışılıb. Burada hər il baş tutan beynəlxalq musiqi festivallarında dünya şöhrətli musiqiçilərin və musiqi kollektivlərinin çıxış etdikləri, festivala yerli sakinlərlə yanaşı əcnəbilərin də qatıldıqları, Qəbələnin təbiətinin və ekzotikasının onların böyük marağına səbəb olduğu diqqətə çatdırılıb. Moldovanın xarici işlər nazirinin müavini öz növbəsində onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə cənab Səbuhi Abdullayevə təşəkürünü bildirib. Lilian Dariy Azərbaycanın, həmçinin ölkənin regionlarının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Xüsusən Qəbələnin sosial-iqtisadi inkişafı, füsünkar təbiəti onu çox məftun etdiyini və bu tanışlığın təəssüratından silinməyəcək xoş xatirələr yaratdığını qeyd edib.

Keçidlər