Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr edilmiş sərbəst-güləş üzrə rayon birinciliyi keçirilmişdir.

06 mart 2017 | 16:00

5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu tarixin Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərərək Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdı. Artıq ənənəvi hal olaraq hər il Azərbaycanda “5 Mart -Bədən tərbiyəsi və idman günü” təntənə ilə qeyd olunmaqdadır. Qəbələ rayon Gənclər və İdman idarəsi müvafiq tədbirlər planına əsasən yeniyetmələr arasında sərbəst-güləş üzrə rayon birinciliyi keçirmişdir.  Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov  çıxış edərək yarış iştirakçılarını salamlamış, onları təbrik edərək uğurlar arzulamışdır. İştirakçılara bu günün yaranma tarixi barədə məlumat verilərək bildirmişdir ki, bu tarix cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Həmçinin birinciliyin keçirilməsində məqsəd yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, idmanın kütləviliyinə nail olmaqdan ibarətdir. Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan güləşçilərin ixtiyarına verildi. Yarışda iki yaş qrupunda 16 çəki dərəcəsi üzrə (23-26-29-32-35-38-42-46-50-54-58-63-69-76-80,+85 kq) 50-dək yeniyetmə güclərini sınamışlar. Yarışın keçirilməsi Azərbaycan Güləş Federasiyasının qaydaları əsasında rayon Gənclər və İdman idarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyətinə həvalə edilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda qaliblərə (I, II, III yeri tutmuş) Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər