Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Özünüməşğulluq təmin edilməsi proqramının icra vəziyyətinin monitorinqi adlı toplantı keçirilib.

13 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində martın 13-də Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Bu məqsədlə Qəbələ Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon icra hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, özünüməşğulluq proqramının iştirakçıları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Toplantıda diqqətə çatdırııb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb. Sərəncamın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ilin 1 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış 136 təlimçi tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün təminatı işləri aparılır. Diqqətə çatdırılmışdır ki, müsbət dəyərləndirilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir. O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompyuter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir. Toplantıdaq qeyd olunub ki, özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.

Keçidlər