Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

«Dənli və texniki bitkilərin, meşələrin yangin təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirmişdir.

19 aprel 2013 | 15:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qəbələ rayonunda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi seminar-müşavirədə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Qarabağ, Qərb, Şimal-Qərb, Şimal, Aran bölgələrini əhatə edən 40 rayonun bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafızəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunmuşdur. İlk öncə müşavirə iştirakçılar rayonun mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Qəbələ Mədəniyyət Mərkəzinin zalında davam etdirilən müşavirəni açıq elan edən  DYNX-nin rəisi Elmar Hüseynov qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin keçirdiyi “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirənin məhz Qəbələdə təşkil olunmasından məmnunluq duyduğunu ifadə etmişdir. Natiq öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin nəzdində təşkil olunan Dövlət Yanğın Nəzarəti Xidməti xalqımızın təhlükəsizliyinə, onun etibarlı həyat tərzinə cavabdeh olan bir qurum kimi formalaşdığını diqqətə çatdırmış, Dövlət Yanğın Nəzarəti Xidməti kimi vacib bir strukturun bölgələrdə fəaliyyət göstərməsi ölkənin maddi sərvətlərinin və vətəndaşların mülkiyyətinin yanğından qorunması, bununla əlaqədar qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunmuş, strateji məhsul olan taxılın istehsalının artırılması və əhalinin ərzaq və ehtibarlı təminatına dair mühüm qərar qəbul edilmişdir. Proqramda qarşıya qoyulan vəzifələrdən biri də dənli və texniki bitkilərin tədarükünün artırılması, bu cür strateji əhəmiyyətli məhsulların itkisiz toplanması, daşınması və emalı prosesində yanğın təhlükəsizliyinin təmin edilməsidir. Bununla əlaqədar mövcud kənd təsərrüfatı maşınlarının parklarında kənd təsərrüfatı texnikaları lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmalı, məhsul yığımında iştirak edən mexanizatorlar, traktorçular, kombayınçılar, sürücülər və məhsul yığımına cəlb olunan bütün şəxslər yanğına qarşı təlimatlandırılmalıdır. Bu baxımdan bu gün burada keçirilən seminar-müşavirə öz aktuallığı ilə xüsusi əhəmiyyət kəsb etdiyini bildirən RİH başçısı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidmətinin həyata keçirdiyi maarifləndirmə işlərinin əhəmiyyətini yüksək qiymətləndirdiyini və bu səpkili tədbirlərin müntəzəm olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq müşavirənin işinə uğular arzulamışdır. Müşavirədə  dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizm və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin- yandınlması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən baş vermiş yanğınlardan söz açılmışdır.  Bildirilmişdir  ki, 2012-ci ildə respublika ərazisində 5 ton dənli, texniki və paxlalı bitki, 2,3 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 76 hektar sahə yanaraq məhv olmuşdur. Yem məhsullarının yanması nəticəsində 551897 manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 30822 manat maddi ziyan dəymişdir. Seminar müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək geniş müzakirə obyekti olmuşdur.Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilmiş, DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyevin "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışı dinlənilmişdir.Müşavirənin işində həmçinin meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri,  yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi məsuliyyət, əməyın  mühafızəsi və texniki təhlükəsizlik mövzuları ətrafında çıxışlar olmuşdur.  Müşavirədə iştirakçılara Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində hazırlanmış «Donli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi tədbirləri» adlı yaddaş kitabçası paylanmışdır. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkil etdiyi eyni adlı video-stend və yanğın-texniki sərgi də nümayiş etdirilmişdir.

Keçidlər