Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın qərb bölgəsinin məktəbliləri Qəbələyə səfər ediblər.

18 mart 2017 | 02:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyalara start verilib.
Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak etmək üçün müasir avtobuslarla Gəncə, Şəmkir şəhərləri, Göygöl, Samux və Gədəbəy rayonlarından yola çıxan məktəblilər martın 16-da, günün ikinci yarısında Qəbələ rayonuna gəliblər.
Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri mehribanlıqla qarşılayıb, onlara Qəbələnin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat veriblər.
Qəbələdəki “Qafqaz Karvansaray” hotelində yerləşən şagirdlərə məlumat verilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq, martın 16-dan 19-dək Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar. Tur-aksiya çərçivəsində məktəblilər  Qəbələ şəhərində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar. Yaşıllaşdırma aksiyası zamanı məktəblilər 250-dən çox Göyüş və ağcaqayın ağacları əkiblər. Daha sonra layihə iştirakçıları rayonun görməli yerlərinə - Nohur gölünə və Yengicə kəndində yerləşən Zooparka ekskursiya ediblər. Gəzintidən sonra tur aksiyanın iştirakçıları Qəbələ rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri ilə birlikdə Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Xalq teatrı” aktyorlarının ifasında İsi Məlikzadənin “Gəl qohum olaq” adlı əsəri əsasında hazırlanmış tamaşaya baxış keçirmişlər. Maarifləndirici tur-aksiya davam edir.

Keçidlər