Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın 5 rayonunun məktəbliləri Qəbələyə gəliblər.
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyalara start verilib.
Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak etmək üçün müasir avtobuslarla Tovuz, Qazax, Göyçay, Daşkəsən və Ağstafa rayonlarından yola çıxan məktəblilər martın 23-də, günün ikinci yarısında Qəbələ rayonuna gəliblər.
Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri mehribanlıqla qarşılayıb, onlara Qəbələnin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat veriblər.
Səfər çərçivəsində layihə iştirakçıları nahar etdikdən sonra ağacəkmə aksiyasında iştirak edərək 220 ağac əkmiş və rayonun görməli yerlərinə - Nohur gölünə, daha sonra Yengicə kəndində yerləşən Zooparka ekskursiya etmişlər. Gəzintidən sonra tur aksiya iştirakçılarına Qəbələ Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramına tamaşa etmişlər.Maarifləndirici tur-aksiya davam edir.