Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin iştirak etdikləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları davam edir.

25 mart 2017 | 16:00

Tur-aksiya çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Fizuli və İmişli rayonlarının məktəbliləri martın 25-də Qəbələyə səfərə gəliblər. Şagirdlər Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları tərəfindən yüksək səviyyədə qarşılanıblar. Sonra məktəblilər Heydər Əliyev parkında təşkil edilən Novruz şənliyinə qatılıblar. Şagirdlər bir-birindən maraqlı bayram sərgilərini, konserti izləyib, əyləncəli oyunlara baxıblar. Daha sonra avtobusla rayonun görməli yerlərinə, tarixi məkanlarına, istehsal müəssisələrinə və turizm obyektlərinə ekskursiyaya çıxan məktəblilərə qrup rəhbərləri məlumat verib ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturu Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Tur-aksiyada iştirak edən 6 qrupun 270 üzvü gün ərzində Heydər Əliyev Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Heydər Əliyev adına Konqres Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, “Beltmann” piano fabriki, Nic qəsəbəsindəki “Cotari” Alban-Udin kilsəsi, Qəbələ konserv zavodu, Qəbələ Arxeoloji Mərkəzi, Nohur gölü, “Yeddi gözəl” şəlaləsi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi ilə yaxından tanış olublar. Qəbələyə təşkil edilən tur-aksiya zamanı şagirdlərin istirahəti ilə yanaşı, onların maariflənməsinə də böyük önəm verilib. Şagirdlər Qəbələyə səfərin sonunda beşulduzlu otellər və istirahət mərkəzləri, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

Keçidlər