Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirmişdir.

19 aprel 2017 | 16:00

Aprelin 19-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələ şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirmişdir.
Tədbirdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr, respublikanın şimal-qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəsssisələri, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunmuşdur.
Seminar-müşavirəni Qəbələ rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - RİH başçısının müavini Arif Allahverdiyev açaraq qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması tədbirlərindən ətraflı danışmışdır.
DYNX-nin təlimatçısı Nizami Fərəcov “Taxıl biçini zamanı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda  çıxış edərək qeyd etmişdir ki, bu sahədə həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması səbəbindən dənli və paxlalı bitki sahələrində, yığılmış yem məhsullarında, meşə və meşə zolaqlarında yanğın hadisələri qeydə alınır. O, yanğınların statistikası və təhlilinə istinad edərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələrini yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirmişdir.
Sonda seminar-müşavirədə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən slaydlar nümayiş etdirilmiş, təsərrüfat və bələdiyyə nümayəndələrinə yaddaş kitabçası, yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılmışdır.

Keçidlər