Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mag. Aksel Vex Qəbələ rayonuna səfər etmişdir.

26 aprel 2017 | 16:00

Avstriyanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Mag. Aksel Vex tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.
Səlahiyyətli səfiri  icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılamışdır. İlk öncə Mag. Aksel Vex inzibati binada Heydər Əliyev guşəsinə baxış keçirərək Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə yaxından tanış olmuşdur. Daha sonra təşkil olunan görüş çərçivəsində RİH başçısı Qəbələ rayonu haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, bu gün Respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Bildirilmişdir ki, burada yaradılan müasir tipli istehsal müəssisələri, turizm və sağlamlıq kompleksləri füsunkar və ecazkar təbiətə malik bölgənin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Azərbaycan - Avstriya mədəni əlaqələrindən söz açan cənab Səbuhi Abdullayev Avstriya-Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçdiyini qeyd edərək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında Vyana kamera musiqisi ansamblı kollektivinin iştirakını ölkələr arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin daha da  möhkəmlənməsində xidmət etdiyini diqqətə çatdırmışdır. Qəbələ rayonuna səfərindən məmnunluğunu ifadə edən Mag. Aksel Vex  göstərilən diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə etmişdir. Azərbaycanla - Avstriya arasında bir çox sahələrdə yüksək səviyyəli münasibətlər mövcud olduğunu qeyd edən səlahiyyətli səfir bütün bunların ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına geniş təkan verdiyini qeyd etmişdir. Səfər çərçivəsində səlahiyyətli səfir Mag. Aksel Vex rayonun tarixi-mədəni məkanları, sənaye müəssisələri, turizm, idman və sağlamlıq kompleksləri, Qəbələ regional “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə yaxından tanış olmuşdur.

Keçidlər