Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Qəbələ rayonu olub.

27 aprel 2017 | 16:00

Qəbələdə su səyahətinə Nohur gölündən su götürülməklə start verilib. Dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatələnib. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır. Taekvando üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev, rəsm və rəqs həvəskarı, şəhər 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Şəfiqə Bayramzadə “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Nohur gölünün suyu ilə dolduraraq Qəbələ şəhərindəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək..“Xəzərdən başlayan su səyahəti” axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev parkında təşkil olunan su festivalı ilə davam etdirilib. Tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su Mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri də tamaşaçılara təqdim olundu.Rayon sakinləri “Mirvari” rəqs qrupunun, “Zopu-zopu” folklor etnoqrafik rəqs ansanbılının və Nəcməddin Əliyevin ifasından, möhtəşəm su effektindən və atəşfəşanlıqdan zövq aldılar. Maraqlı konsert proqramı ilə müşaiyət olunan su festivalı atəşfəşanlıqla başa çatdırıldı.

Keçidlər