Qəbələ Regional “ASAN xidmət” mərkəzi yeni doğulmuş körpələrə doğum haqqında şəhadətnamə təqdim etdi.
02 may 2017 | 16:00
Qəbələ Regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə əhalinin “ASAN xidmət” barədə məlumatlandırılması və rahatlığının təmin edilməsi məqsədi ilə Qəbələ regional “ASAN xidmət” mərkəzi, Qəbələ Rayon Mərkəzi xəstəxanası ilə birgə əməkdaşlıq çərçivəsində yeni doğulmuş körpələr üçün ilkin sənəd olan doğum haqqında şəhadətnamələrin sənəd qəbulunun və hazır sənədin təntənəli şəkildə təqdim olunması həyata keçirilib. Bu təşəbbüs valideyinləri çox sevindirib və böyük rəğbətlə qarşılanıb. Bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.