Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

20 aprel 2013 | 15:00

Qəbələ rayon Müalicə  Diaqnostika Mərkəzində görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar Elm Xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Zərifə Xanım Əliyevanın adını daşıyan parka gələrək görkəmli alimin büstü önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə çıxış edən Mülaicə və Diaqnostika Mərkəzinnin baş həkimi Bəxtiyar Haqverdiy ilk qadın oftalmoloq Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən ətraflı söz açmışdır. Bildirmişdir ki, görkəmli alimin tədqiqat işləri nəinki respublikamızda, həmçinin ümumittifaq və dünya oftalmoloqları arasında böyük nüfuz qazanmışdır. Oftalmologiyanın müxtəlif problemlərinə həsr etdiyi 140-dan çox elmi əsər, o cümlədən 14 monoqrafiya, dərslik və dərs vəsaiti, 1 ixtira, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.
Qeyd olunmuşdur ki, akademik Zərifə xanım Əliyeva gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri və çıxışları, məhz bu məsələyə həsr olunmuş "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanımın - bu böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin bütün həyatı və fəaliyyəti mənsub olduğu xalqa təmənnasız xidmət nümunəsidir.
Tədbirdə çıxış edənlər qayğıkeş və mehriban  ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən söhbət açmışlar. Daha sonra tibb işçiləri hörmətli alimin doğum günü münasibətilə rayon Müalicə  Diaqnostika Mərkəzinin həyətində iməclik işləri apararaq əraziyə ağac əkmişlər.

Keçidlər