Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunmuşdur.

09 may 2017 | 16:00

Mayın 9-da Qəbələdə faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə İkinci Dünya Müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, əsgər anası monumenti qarşısına gül dəstələri qoymuşlar. Sonra müharibə veteranlarının iştirakı ilə çay süfrəsi təşkil olunmuşdur. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev müharibə veteranlarını faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə təbrik etmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. İcra başçısı çıxışında 700 minə qədər azərbaycanlının ikinci dünya müharibəsində döyüşdüyünü, onlarla birlikdə 6 min nəfər qəbələlinin də qəhrəmanlıqla vuruşduğunu və sağ qalmış 3 min nəfərə yaxın həmyerlilərimizin vətənə döndüyünü qeyd etmişdir. Natiq ön cəbhədəki döyüşlərdə şərəfli hərb yolu keçmiş və arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycanlıların tarixi şücaətinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən müharibə veteranları  cəbhə xatirələrini danışmışlar. Onlar ölkə başçısı İlham Əliyevə veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər