Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Məktəblilərlə görüş.

18 may 2017 | 16:00

Müstəqil Azərbaycanda Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qəbələ Beynəlxalq Hava Limanı Gömrük Postunun əməkdaşları və şəhər məktəblərinin şagirdləri iştirak etmişlər.
Toplantını RİH başçısının birinci müavini Abil Ağasəfov açmışdır.
Sonra Qəbələ Beynəlxalq Hava Limanı Gömrük Postunun rəisi Xalid Məmmədov 1992-ci ilin yanvarında yaradılan Azərbaycan Dövlət Gömrük Komitəsi orqanlarının ötən 25- il ərzində keçdiyi şərəfli yoldan söhbət açmış, gömrük işçilərinin fədakar əməyindən danışmışdır.
Mövzu ətrafında postun baş inspektoru Bülbül Qasımov, inspektoru Ruhiyyə Tahirova cari ilin ötən dövrü ərzində gömrük postunda görülmüş işlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, 2017-ci ilin ötən dövrü ərzində 27 sərnişin təyyarəsində gömrük nəzarəti keçirilmişdir.
Həmin dövrdə 268 nəfər gələn, 340 nəfər gedən sərnişinə gömrük xidməti göstərilmiş, bir sıra təşkilatlara, müəssisələrə və fiziki şəxslərə gömrük rəsmiləşdirilməsi təşkil edilmişdir.
Gömrük əməkdaşları tərəfindən qaçaqmalçılığa, gömrük qaydalarının pozuntularının aradan qaldırılmasına nəzarət işləri gücləndirilmiş, ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına diqqət artırılmışdır.
Tədbirdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Əhməd Mirzalıyev, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Rüstəmova və şəhər 2 nömrəli tam orta məktəbin direktoru Təranə Səlimova çıxış etmişdir.
Yekunda məktəblilərin çoxsaylı sualları cavablandırılmışdır.

 

Keçidlər