Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Belarusda Azərbaycan Ticarət Evi açılıb.

30 may 2017 | 16:00

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ötən ilin noyabr ayında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib.
      Verilmiş tapşırıqların icrası olaraq  Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin təşkili işləri başa çatdırılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə "Azərbaycan Ticarət Evi" MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.
     Bu məqsədlə Belarus Respublikasında hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, o cümlədən Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, həmçinin iş adamlarının iştirakı ilə Azərbaycan Ticarət Evinin açılışı olub.
    Ticarət Evində "Made in Azerbaijan" brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək. Ticarət Evində təşkil olunan sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunub. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb.
      Qeyd olunub ki, Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinin inkişafı istiqamətində imzalanmış sənədlərə əsasən Azərbaycan məhsulu olan tütün, pambıq, xalça, çay, meyvə-tərəvəz və onlardan emal edilmiş məhsulların, spirtli içkilərin (şərab, konyak və s.) Belarusa ixracını, həmçinin bu ölkədən Azərbaycana bir sıra məhsulların idxalını nəzərdə tutulub.  
      Belarusun Xarici İşlər naziri Vladimir Makey Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib.
      Mərasimdə çıxış edənlər Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu qeyd ediblər. Açılış mərasimində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan film nümayiş edilib, Azərbaycan incənət ustalarının ifasında muğam və milli musiqimiz səsləndirilib. Daha sonra nümayəndə heyəti Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə yaxından tanış olublar.
      Sərgidə həmçinin Qəbələ rayonunda istehsal olunan müxtəlif çeşidli məhsullar da nümayiş etdirilib.
      Səfər çərçivəsində nümayəndə heyətinin tərkibində rayon icra hakimiyyəti başçısı Səbuhi Abdullayevin başçılığı ilə  rayonda fəaliyyət göstərən bir qrup iş adamları da iştirak etmişlər.

Keçidlər