1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunmuşdur. İlk öncə Qəbələ Mədəniyyət Mərkəzinin foyesində uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri gənc rəssamlara uğurlar arzulamışlar. Daha sonra Heydər Əliyev parkında uşaqlar üçün musiqlil və əyləncəli proqram təşkil olunmuşdur.
Toplantını giriş sözü ilə Qəbələ rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının müavini Ətayə Osmanova açaraq uşaqların beynəlxalq müdafiəsi günü haqqında bayram şənliyi iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı söz açmışdır.
Maraqlı keçən tədbirdə rayon uşaq yaradıcılıq mərkəzinin bədii kollektivinin və incəsənət məktəbinin şagirdlərinin ifasında gözəl rəqs nömrələri nümayiş olunmuş, şən mahnılar səsləndirilmişdir.