Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“İKT ili” çərçivəsində maarifləndirici təlim

21 aprel 2013 | 15:00

Ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı imzaladığı Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Qəbələ rayonunda maarifləndirici təlim keçirilmişdir.
Qəbələ rayon QHT resurs və təlim mərkəzində keçirilən təlimdə 20-dək gənc iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən 2013-cü ilin ölkəmizdə “İKT ili” elan olunması ilə bağlı “Tədbirlər Planı” haqqında gənclərə məlumat vermiş, tədbirin məqsədinin rayon gənclərinin İKT sahəsinə marağını artırmaq, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün zəmin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunması olduğunu bildirmişdir.
Daha sonra tədbirin təlimçisi Dəyanət Elmansoy “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlaşmasına müvafiq olaraq 40-dan çox şəhər və rayonda sosial şəbəkələr üzrə təlimlərə start verildiyini, dünyanın ən böyük sosial şəbəkələri “Facebook”, “Twitter”, eləcə də “Youtube”-dan istifadə və bloqçuluğa geniş yer ayrıldığını bildirdi. Təlim zamanı “Mənim virtual dünyam”, “Xətdə Facebook”, “Xətdə Twitter”, “Xətdə Bloq”, “Xətdə Youtube” mövzularında çıxışlar edildi, gəncləri maraqlandıran suallara ətraflı cavablar verildi, video çarxlar nümayiş olundu və əyani vəsait olaraq gənclərə CD disklər və kitabçalar  paylandı

Keçidlər