Tikanlı kəndində səyyar görüş-qəbul keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Tikanlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir. Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrin rəhbərləri də iştirak etmişlər. Səyyar qəbulda icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev kənd sakinlərini salamlamış daha sonra rayonda aparılan geniş quruculuq-abadlıq işlərindən danışaraq, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini qeyd etmişdir. O çıxışı zamanı Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini, müdafiə potensialının gücləndiyini diqqətə çatdıraraq rayonun sosial-iqtisadi həyatında baş verən nəzərəçarpacaq irəliləyişlərdən söz açmış, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində görülmüş əhəmiyyətli işlər haqqında məlumat vermişdir.
Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olmuşdur. Kənd sakinləri rayonda görülən abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qaygıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kəndin ümumi problemləri barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermiş, həlli istiqamətində təkliflər irəli sürmüşlər. RİH başçısı qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəbərlərinə zəruri tapşırıqlar vermişdir.