Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əmək yarmarkası” keçirilmişdir.

08 iyun 2017 | 07:00

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti  Başçısının 2017-ci il üçün təsdiq etdiyi “Ərazi Məşğulluq Proqramı”na və Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə 07 iyun 2017-ci  il tarixdə Qəbələ şəhərində, Mədəniyyət Mərkəzinin foyesində işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin edilməsi məqsədilə “Əmək yarmarkası” keçirilmişdir.
Yarmarkanı giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov açaraq Dövlət  başçısının  həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən söz açdı.
E.Səlimov  bildirdi ki, ölkənin davamlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur, Respublikanın bütün bölgələrində, o cümlədən rayonumuzda yeni yaradılan iş yerlərinin sayı durmadan artır. Bütün bunlar təbii ki, əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir.
Tədbirdə  rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri- RİH başçısının müavini Arif Allahverdiyev, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru  Eyvaz  Kazımov,  Qəbələ Regional “ASAN”  Xidmət Mərkəzinin əməkdaşı  və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bu günki əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının işsiz əhalinin işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələrdən danışdılar. Sonra yarmarkanın işinə start verildi və yarmarkada iştirak edən vətəndaşlara göndəriş vərəqələrinin verilməsinə başladı.
Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin edildi.
Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 39 müəssisə və təşkilat  280 boş iş yeri verərək, yarmarkada iştirak etdi.  Yarmarkada iştirak edən 415 nəfər işaxtaran vətəndaşlardan 71 nəfərinə münasib işlərə göndəriş verilmişdir ki, onlardan da 1 nəfəri kvota yerləridir.

Keçidlər