Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
11 iyun 2017 | 03:20
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir. Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda 52 qadın idmançı tapançadan 25 metr məsafədə yerləşən hədəfə atəş açmaq yarışında mübarizə aparıb.
Azərbaycanı bu yarışda Nigar Nəsirova və Zərifə Qasımova təmsil edib. Bu yarışda Çin idmançısı Yuemesi Lin qızıl, Koreya atıcısı Minjung Kim gümüş, Çin təmsilçisi Jingjinq Zhanq bürünc medal qazanıb.
Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndəsi təqdim edib.