Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarında daha 3 dəst medal sahiblərinə təqdim edilib.

12 iyun 2017 | 05:00

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
Rayonun Bum qəsəbəsindəki  Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha 3 növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub.
Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafədə yerləşən hədəfə atəş açma yarışında Danimarka atıcısı Torben Qrimmel qızıl, Boqarıstan idmançısı Yuri Şerbatevic gümüş, Belarus təmsilçisi Lionel Coks bürünc medal qazanb.
Tapançadan 10 metr məsafəyə atəş açma yarışında qadınlardan Avstriya idmançısı Silviya Steyner birinci, Rusiya atıcısı Vitalina Batsaraşkina ikinci, Meksika təmsilçisi Alexandra Vazquez Zavala üçüncü, kişilərdən isə Çin idmançısı Vei Yanq birinci, Yaponiya atıcısı Tomoyuki Matsuda ikinci və Ukraynalı Oleq Omelçuk üçüncü yeri tutub. Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.

Keçidlər