Tatarıstan Respublikasının 14 rayonunun mədəniyyət şöbə müdirləri Qəbələdə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının 14 rayonunun mədəniyyət şöbə müdirlərinin Azərbaycan Respublikasına səfərləri çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasında Azərbaycan modelinin öyrənilməsi, təcrübə mübadiləsi, həmçinin bu sahə üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Qəbələ rayonuna gəlmişlər. Qəbələ Mədəniyyət Mərkəzinin yeni inzibati binasında qarşılanan qonaqlar mərkəzlə yaxından tanış olmuşlar.
Bildirilmişdir ki, , nəhəng "Ağ royal" formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.
Diqqətə çatdırılmışdır ki, ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu, İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir.. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir. Qeyd olunmuşdur ki, müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha da cəlbedici etmişdir. Qonaqlara məlumat verilmişdir ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Dərnəklərin iş prinsipi ilə yaxından maraqlanan qonaqlar burada hazırlanmış ağac üzərində oyma, metal üzərində tətbiqi sənət nümunələri ilə yaxından tanış olmuşlar. Daha sonra nümayəndə heyəti mərkəzin tamaşaçı zalında Zopu-zopu etnoqrafik folklor rərs ansamblının çıxışına və Asim Əliyevin ifasında muğam üçlüyünün çıxışını dinləmişlər. Rayonun park və istirahət mərkəzləri ilə yaxından tanış olan qonaqlar “Qəbələnəd” əyləncə mərkəzinə baxış keçirmişlər. Müasir tələblər səviyyəsində fəaliyyət göstərən əyləncə mərkəzi qonaqlarda xoş təəsürat yaratmışdır. Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən qonqlar bu yerin zəngin təbiət gözəlliklərini özündə cəmləşdirən bir məkan olduğunu vurğulamışlar.