Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hindistan və Çin komandaları atıcılığın yeni mix team növü üzrə yarışların qalibi olub.

13 iyun 2017 | 06:00

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
İyunun 12-də rayonun Bum qəsəbəsindəki Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın mix team növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub. Tüfəng və tapançadan 50 metr məsafəyə atəş açma yarışında bir oğlan və bir qız atıcı birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar.
Hindistan komandası tapançadan atəş açma yarışında, Çin komandası tüfəngdən atəş açma yarışında birinci yeri tutub. Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndəsi, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.
Məlumat verilib ki, mix team növü üzrə birincilik dünyanın atıcılıq tarixində yenilik hesab edilir və ilk belə yarış ötən ilin sentyabrında Qəbələdə atıcılıq üzrə Qran-Pri yarışları zamanı keçirilmişdi.
Gələcəkdə Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən bu yeni növ üzrə yarışların təşkil edilməsi nəzərdə tutulur.

Keçidlər